Lukaşenko oğlunu vəzifədən azad etdi

20:30 / 01.03.2021
1890
Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu özünün milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsindən azad edib.
Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə bu gün Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
V. Lukaşenko Belarus Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi üçün yuxarıda qeyd olunan vəzifədən azad edilib.
Qeyd edək ki, V. Lukaşenko 26 fevralda Belarus Milli Olimpiya Komitəsinin prezidenti seçilib.