No Image
No Image
No Image

Lotu Qulinin qardaşı hücuma keçdi - Böyük savaş başlayır

Lotu Qulinin qardaşı hücuma keçdi - Böyük savaş başlayır
 

Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) qardaşı, 2013-cü ildə kriminal iyerarxiyanın ali tituluna layiq görülən və hazırda Lotu Qulininin klanına liderlik edən Namiq Səlifovun (Namiq Bakinski) yaxın günlərdə rəqiblərinə qarşı hücuma keçəcəyi barədə məlumat vermişdik.

 

Sfera.az xəbər verir ki, o, artıq bu istiqamətdə ilk addımını atıb. Namiq Bakinski Lotu Quli və onun klanının əsas rəqiblərindən olan başqa bir azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjıy) qanuni oğru titilundan məhrum edib. Rusiya KİV-i Namiq Bakinski və rəhbərlik etdiyi qurplaşmaya daxil olan qanuni oğruların imzaladağı "proqon”un fotosunu yayıb. "Proqon”da qeyd edilir ki, Moskvada yaşayan Albert Rıjiy özünü qanuni oğru kimi təqdim etsə də, əslində Federal Təhlükəsizlik Xidmətinin (FTX) adamıdır. Bu baxımdan, məhkumlara onu qanuni oğru kimi qəbul etməmək tapşırılır.

 

Namiq Bakinskinin hücuma Alber Rıjiydən başlaması təsadüfi deyil. Adıçəkilən şəxslər hələ 2014-cü ildə üz-üzə gəlmişdilər. Həmin ilin martında Sankt-Peterburq polisi Əli Heydərova qarşı düzənlənən sui-qəsdin qarşısını almışdı. Həmin vaxt iddia edilirdi ki, sui-qəsdin icraçısı İlham Hacıyev Nadir Səlifova yaxın şəxsdir.

 

O zaman Türkiyənin Ədirnə şəhərində Namiq Bakinski və Lotu Quliyə yaxın digər kriminalitetlərlə Albert Rıjiy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi. Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjiyi qanuni oğru titulundan məhrum ediblər.

 

Bir ay sonra isə Əli Heydərov Sankt-Peterurq polisi tərəfindən soyğunçuluq, dələduzluq, qanunsuz sərhədi keçmə ittihamları ilə həbs edilib. Əli Heydərov bu ittihamlarla 7 il azadlıqdan məhrum olunub. Cəzasını çəkmək üçün ciddi rejimli həbsxanaya göndərilib. 2017-ci ildə isə Lotu Quliyə qarşı olan Sankt-Peterburqun qanuni oğruları onun titulunu geri qaytarıblar.

 

Əli Heydərov həbsdən çıxdıqdan sonra isə gürcü əsilli qanuni oğru Badri Koquaşvili ilə görüntülənib. Həmin vaxt Koquaşvili ilə Lotu Quli arasında münasibətlər heç də yaxşı deyildi. Gürcü əsilli qanuni oğru Lotu Qulinin tituldan məhrum edilməsi üçün çaba göstərirdi. Səbəb isə başqa bir gürcü əsilli qanuni oğru Quram Çixladzenin (Kvejoviç) Nadir Səlifovun qarşısında vurulması idi. Badri Koquaşvili Lotu Qulini bu məsələyə laqeyd yanaşmaqda ittiham edirdi. Əslində isə Kvejoviç Nadir Səlifovla saymazyana danışdığı üçün ikincinin yaxın adamı olan Arman Cumagəldiyev (Arman Dikiy) tərəfindən vurulmuşdu. Cumagəldiyev Çixladzeni vurarkən onun qanuni oğru titulu daşıdığından xəbərsiz olub. Yalnız Nadir Səlifovun müdaxiləsindən sonra ona aydın olub ki, Kvejoviç də qanuni oğrudur. Badri Koquaşvili və bu məsələdə onu dəstəkləyənlər isə Lotu Qulinin Arman Cumagəldiyevi cəzasız qoyduğu üçün qanuni oğru titulundan məhrum olunmasına təkid edirdilər. Lakin bununla bağlı keçirilən "sxodkalarda” Nadir Səlifov qalib gəldi. Əksinə, Çixladze və Koquaşvilinin titulları şübhə altına alındı.

 

Rusiya KİV-i yazırdı ki, əslində baş verənlərin arxasında Lotu Qulinin kriminal dünyaya təsir imkanlarının getdikcə artdığı və MDB məkanında bir nömrəli qanuni oğruya çevrildiyini həzm edə bilməyən Zaxari Kalaşov (Şakro Molodoy) dayanır. Şakro Molodoy Rusiyada həbsxanada olsa da, çölə təsir imkanları kifayət qədərdir.

 

Albert Rıjiyin Koquaşvili ilə görüntülənməsi isə onun həm də Şakro Molodoyla eyni cəbhədə olduğunu göstərirdi. Digər tərəfdən, Əli Heydərov həbsdən çıxanda mətbuatda yazılırdı ki, o, Lotu Quli və onun klanına qarşı savaşa cəlb oluna bilər. Hətta onun bu savaşda Şakro Molodoyu əvəz edəcəyi iddia edilirdi. Güman ki, Namiq Bakinski bu amilləri nəzərə alaraq hücuma Əli Heydərovu tituldan məhrum etməklə başlayıb. Bu Lotu Qulinin qətlindən sonra kriminal dünyada gözlənilən böyük savaşı daha da sürətləndirə bilər.(yenisabah.az)

OXŞAR XƏBƏRLƏR

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

"O təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi". Sfera az xəbər verir ki, bunu aparıcı Hacı Nuran "İnstagram” hesabında Gəncə qətliamın...

İşğaldan azad edilən ərazilərimizin TAM SİYAHISI

27.09.2020 saat 07-36-dan başlayaraq aşağıdakı kəndlərimiz, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri işğaldan azad edilib. Sfera.az  Azərbaycan ordusu...

Düşmənin silah anbarları aviasiya zərbələri ilə darmadağın edildi - Video

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib.   Sfera.az xəbər verir ki, bu barədə Müdaf...

“Daha sərt karantin tədbirlərinə gediləcək…” – Adil Qeybulla

"Virusa yoluxmanın artması son hadisələrin, yəni Vətən uğrunda gedən müqəddəs savaşın eyforiyası, əhval-ruhiyyəsi fonunda karantin qaydalarının arxa plana keç...

Sergey Lavrov Qarabağla bağlı şərtini açıqladı: “Türkiyə ilə razı deyilik...”

Sergey Lavrov Qarabağda vəziyyəti sabitləşdirmək üçün şərt açıqlayıb. Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağda siyasi tənz...

Tixanovskaya Lukaşenkoya 13 gün vaxt verdi - ULTİMATUM

Tixanovskaya Lukaşenkoya ultimatum verdi. Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Belarusiyanın keçmiş prezidentliyə namizədi Svetlana Tixano...