ÖLÜM ÜÇBUCAĞI - Bu hissəyə əl vurmaq olmaz

ÖLÜM ÜÇBUCAĞI - Bu hissəyə əl vurmaq olmaz
 Hər bir insanın üzündə "ölüm üçbucağı" yerləşir. Məhz bu üçbucağa daxil olan hissələr infeksiya və virusların orqanizmə daxil olan "qapısıdır".

Sfera.az bildirir ki, bu təhlükəli üçbucağa burun, burunətrafı hissə və dodaqlar daxildir.

Üzün məhz bu hissəsi ən çox damarların yerləşdiyi nahiyədir, hansı ki, bu damarların hər biri xüsusi klapanla təchiz olunub.

Əgər bu üçbucaq nahiyəni hansısa infeksiya keçə bilirsə, o, baş və beyinə daha tez çatır, bu zaman xəstə ölümə yaxınlaşır.

Dermatoloqlar bildirir ki, bu hissəyə çirkli əllərlə toxunmaq, burada civzələri, qara nöqtələri sıxmaq olmaz. Dərini təmizləmək üçün skrablardan müntəzəm istifadə etmək və ehtiyac yarandıqda kosmetoloqa müraciət etmək lazımdır.

Bu hissədə əmələ gələn furunkulları iynə ilə açmaq, sıxmaq qəti qadağandır. Furunkul piy vəzilərinin tutulması səbəbindən iltihablaşması deməkdir. Dəri altında yayılan iltihab və irin yol tapıb çıxa bilmir və şiş yaranır. Furunkulların müalicəsi üçün dermatoloqa müraciət etmək lazımdır.

Burunun içində olan tüklər qoruyucu funksiyanı yerinə yetirir - mikrob və infeksitalardan qoruyur. Bir çox insanlar bu tükləri bir yol tapıb epilyasiya edir. Mütəxəssislər bu tüklərin qoparılmasının, pinsetlə dartılmasının əleyhinədir, bu zaman da infeksiya keçə bilər. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...