Cəmİyyət

Ölkəyə qayıtmaq istəyən azərbaycanlıların DİQQƏTİNƏ

Ölkəyə qayıtmaq istəyən azərbaycanlıların DİQQƏTİNƏ
 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusla əlaqədar növbəti məlumat açıqlayıb.

 
 

Nazirlər Kabinetindən Sfera.az-a bildirilib ki, İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilmiş, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçmişdir. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. Qeyd edək ki, İran İslam Respublikasından qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karintin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur.

Əlavə sorğular üçün vətəndaşların Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930