Ölkədə toylara dərhal icazə verilməlidir, yoxsa... - Həkim DETALLARI AÇDI

Ölkədə toylara dərhal icazə verilməlidir, yoxsa... - Həkim DETALLARI AÇDI
Ölkədə toyların keçirilməsinə tez bir zamanda icazə verilməlidir. Karantin davranış qaydaları gözlənilməklə toyların keçirilməsinin virusa yoluxma sayına heç bir təsiri olmayacaq.

 

 

Sfera.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında həkim Qalib Əsədov deyib.


O bildirib ki, ölkədə toy və el şənliklərinin qadağan edilməsi insanların psixoloji travma almasına səbəb ola bilər:


 

"Toy etmək bütün gənclərin və valideynlərin arzusudur. Bu, həm də xalqımızın mental dəyərlərindəndir. Karantin tədbirlərinin yumşaldılması çərçivəsində kafe-restoranların fəaliyyətinə icazə veriləndə toy keçirilməsinə də icazə vermədilər. Kafe-restoranlara 50 nəfərdən çox insan öz ailə və yaxın dostları ilə gedirdi. Bu səbəbdən mən toyların qadağan edilməsini düzgün qərar kimi qəbul etmirəm.


 

Hesab edirəm ki, toyların keçirilməsinə 50-100 nəfər olmaq şərtilə, böyük restoranlarda, sosial məsafə saxlamaqla icazə verilməlidir. Bunun virusun yayılmasına heç bir təsiri olmayacaq. Onsuz da toylarda insanların gündəlik ünsiyyətdə olduğu qohum-qardaşlar olacaq".


 

Həkim qeyd edib ki, pozitiv emosiya olmayanda insanların beynində neqativ hisslər artır:


 

"Bu isə aqressiyaya, cinayətkarlığın artmasına və insanlar arasında münasibətin korlanmasına gətirib çıxarır. Hətta sosial şəbəkələrdə də insanların necə aqressiyalı olduğunu görürük. Bunların hamısının səbəbi 1 ilə yaxındır ki, ölkədə toyların, ad günlərinin, milli bayramların təntənə ilə keçirilməsinin qadağan edilməsidir. Bunu qadağan etmək insanlara psixoloji travma verir. Eyni zamanda, genefonda da ciddi ziyan vurur".

 


OXŞAR XƏBƏRLƏR