Ölkə üzrə koronavirusa yoluxma statistikası
19:24 / 23.02.2021
2826
Azərbaycanda bölgələr üzrə COVID-19 virusuna yoluxma statistikası açıqlanıb.
Sfera.az koronavirus.info saytına istinadən xəbər verir ki, ölkə üzrə ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. İndiyədək yoluxma hallarının 52.3 faizi paytaxtda qeydə alınıb.
Digər bölgələrə gəlincə, yoluxma göstəricisi Aranda 13.2 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz təşkil edir.
Bundan əlavə, Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz olub.