No Image
No Image

Lerikdə qadını öldürən molla onun qonşusu olub - Zorlamaq istəyib

Lerikdə qadını öldürən molla onun qonşusu olub - Zorlamaq istəyib
Lerikdə əxlaqsız təklifinə razılıq verməyən qadını öldürən molla həbs edilib.

Sfera.az xəbər verir ki, rayonun Barzavu kənd sakini, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı deyil. O, sadəcə kənddə namaz qılan, kənd camaatının ödənişi ilə Yasin surəsi, Quran oxuyan şəxs olub.

M. Əsgərov evlidir, bir qızı ailə həyatı qurub, oğlu isə Bakıda işləyir. M.Əsgərov arvadı və digər qızı ilə Z.Fərziyevanın qonşuluğunda yaşayırmış.

Murad Əsgərov cinayəti etiraf edib və hadisə yerinə gətirilərək videoçəkilişlə qətli necə törətdiyini danışıb.

Qətlin üstü açıldıqdan sonra M.Əsgərov həbs edilib, onun arvadı və qızı başqa kəndə, arvadının atasının evinə köçüb.

Xatırladaq ki, Murad Əsgərov 40 yaşlı Zəkifə Fərziyevanın tək olmasından istifadə edərək onların evinə girib. M.Əsgərov uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan boğazını kəsib.

Hadisə vaxtı Z.Fərziyevanın onunla birgə yaşayan oğlu meşəyə odun gətirməyə gedibmiş. Digər oğlu isə hazırda hərbi xidmətdədir. Qadının üçüncü oğlu Bakıda işləyir.

(Qafqazinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazir müavini, keçmiş komitə sədri və... - Bu şəxslər Rövşən Əkbərov əleyhinə ifadə verib

Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, proses ...

Göyçayda dəhşətli hadisə: Kişi əvvəlcə arvadını, sonra özünü güllələyərək öldürdü

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb...

Lənkəranda silahlı insident zamanı iki nəfər ÖLDÜRÜLDÜ

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub. Sfera.az xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silah...

Sevgilisini öldürdükdən sonra özünü güllələyən polis vəfat etdi

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov vəfat edib. Sfera.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumat...

“Alpinist”in oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub - 158 min aparıb

Xəbər verdiyimiz kimi, dünən alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub. Sfera.az xəbər...

Sərhədçilərimizi öldürənlə bağlı Baş Prokurorluq məlumat yaydı - TƏFƏRRÜAT

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.   Sfera.az-ın xəbərinə görə, məlumatda deyilir: "Xəbər ...