Lənkəranski öldü, düşməni \"Lotu Quli\" həbsxanada qeyd etdi

Lənkəranski öldü, düşməni \
Azərbaycanın ən nüfuzlu "qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib. 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bu barədə xarici mediada məlumat verilib. Təntənəli mərasimin qəhrəmanı "oğru” aləmində "Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur.

"Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri "malyava” oxuyur. "Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə can sağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – "qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan "çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.

Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: "Allah Quliyə cansağlığı versin! "Oğrulara həyat!”.

Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.

Azərbaycanın ən nüfuzlu "qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli çəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunsuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib.

İndi onun 43 yaşı var və 27 yaşında "taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, "oğru” aləmində "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı "qanuni oğru", "Rövşən Lənkəranski" ləqəbi ilə tanınmış Rəvşən Vanıyevlə "qanlı bıçaq" olub. "Oğru aləmi"ndə həmişə bir-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...