No Image
No Image

Lənkəranda şəhid dəfnində baş verən hadisə ilə bağlı - Açıqlama

Lənkəranda şəhid dəfnində baş verən hadisə ilə bağlı - Açıqlama
 Lənkəran Şəhər İcra Hakimiyyəti döyuş tapşırığını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osakücə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, açıqlamada deyilir: 

"Bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır. İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyuş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, şəhid Əflatun Fərəcovun əvvəlcə avtomobil qəzasında həlak olduğu qeydə alınıb, sakinlərin narazılığından sonra isə şəhid olaraq aktlaşdırılıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər də yayılıb.


OXŞAR XƏBƏRLƏR

"Fransa həmsədrlik missiyasının bütün prinsiplərini pozur”

Bir qrup ermənipərəst senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” ad...

Türkiyəni vurmaq üçün Azərbaycanı qurban seçdilər - Müharibə indi başlayır

Sözün bitdiyi yerdəyik. "Demokratiyanın beşiyi"ndə gələcəyin nifaq, nifrət və yalanları böyüyür. 44 günlük müharibə dövründə ermənipərəst mövqeyini dünyanın göz...

Parisdəki səfirimiz geri çağrılır? – TƏKLİF

"Fransa senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir”. Sfera.az xəbər ver...

Bakı metrosu həftənin bu günləri işləyə bilər - "Başqa çıxış yolu yoxdur..."

Bildiyimiz kimi, koronavirusa yoluxma üzrə statistika artmağa davam edir. Bu səbəbdən bir sıra rayon və kəndlər nəzarətə götürülüb. Bəs, yenidən sərt qayd...

"Kəlbəcər Gürcüstana olan turist axınının istiqamətini dəyişəcək"

Yalnız bu 3 potensialdan - əkinçilik və maldarlıq, dağ mədən sənayesi və turizm potensialından düzgün istifadə edilərsə, Kəlbəcəri mərkəzi büdcədən asılı olmaya...

Milli Məclisdə Fransa Senatının qətnaməsinə etiraz bəyanatı müzakirə olunur

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki, etiraz bə...