Ləğv edilən aviabiletlər bərpa edilir - ŞƏRTLƏR/VİDEO

Ləğv edilən aviabiletlər bərpa edilir - ŞƏRTLƏR/VİDEO
COVID-19 pandemiyası səbəbindən aviabiletləri ləğv olunan sərnişinlərə biletlərini bərpa etmək imkanı yaranıb. Bunun üçün vətəndaşlar sadəcə ötən zaman ərzindəki tarif fərqini ödəməli olacaqlar. Buna razı olmayanlar isə ödədikləri məbləği geri ala biləcəklər. Bu, hansı halda baş verə bilər?

COVİD-19 pandemiyasına görə AZAL və "Buta Airvays" aviaşirkətlərinin ləğv edilən reyslərinin biletləri yenidən aktivləşdirilə bilər.

Sfera.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nərmin Xəlilova "Xəzər Xəbər"ə bildirib ki, sərnişinlərə biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə dəyişdirmələrinə icazə verilir. AZAL və "Buta Airvays"in sərnişinləri həmin biletlərin dəyişdirilməsini müvafiq olaraq "[email protected]" və "[email protected]" elektron ünvanı vasitəsi ilə həyata keçirə bilərlər.

Nərmin Xəlilova qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən "Buta Airvays" aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər də tariflər arasındakı fərqi ödəyərək, həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

Bununla yanaşı, "Buta Airvays"in ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aviaşirkətin hazırkı aşağıbüdcəli xüsusi reyslərinə istənilən istiqamət üzrə dəyişdirə bilərlər.

Alternativ olaraq aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi də təklif edilir. Vauçerin kodu sərnişinin elektron poçtuna göndərilir. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

"Azərbaycan Hava Yolları" QSC-dən o da bildirilib ki, sərnişin şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, alınan aviabiletlərin tam dəyəri növbəli şəkildə qaytarıla bilər. Sərnişinlər bunun üçün şirkətin elektron poçt ünvanına yazlı şəkildə, o cümlədən çağrı mərkəzinə müraciət edə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...