Lavrovun müəmmalı Yerevan və Bakı səfəri – “Sürpriz təkliflərlə gəlir, əleyhimizədir...”

Lavrovun müəmmalı Yerevan və Bakı səfəri – “Sürpriz təkliflərlə gəlir, əleyhimizədir...”

"Lavrov hər iki tərəf üçün "sürpriz” təkliflərlə gəlir”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında  Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mayın 5-6-da İrəvana, mayın 10-11-də isə Bakıya olacaq səfərinin məqsədlərini dəyərləndirərkən, "Atlas”  Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.


Politoloq qeyd edib ki, Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb: "Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin nizamlanması ilə bağlı "həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq.  Ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi”.

Rusiya XİN rəhbərinin iki ölkəyə olacaq səfərləri arasında bir neçə günlük fasilə də politoloqun diqqətini çəkib:  "Lavrov mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə - Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlmir?”
 
E. Şahinoğlu düşünür ki, bu səfərdə Lavrov hər iki tərəf qarşısında müəyyən "sürpiz” təkliflərlə çıxış edəcək: "Bilirsiniz ki, bu günlərdə Rusiya Prezidentilə Fransa Prezidenti arasında telefon danışığı olub. Bu danışıqdan sonra yayılan açıqlamada bildirilirdi ki, Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar.  Görünür, Lavrovun bölgəyə səfərində məqsədi həmin "sürpriz” təşəbbüsləri tərəflərin diqqətinə çatdırmaqdan ibarət olacaq”.

Həmsöhbətimizin fikrincə,  Lavrov bu səfərilə həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir: "Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır.

Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra "birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat edib”.
 
Mərkəz rəhbəri onu da vurğulayıb ki, Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmamalıyıq: "Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə parad keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib, bizi sakitləşdirməyə və "balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.
 
Elçin
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...