Lavrovla Çavuşoğlunun görüşündə aydınlaşan məsələlər: \"3+3 formatındakı təklif...\"

Lavrovla Çavuşoğlunun görüşündə aydınlaşan məsələlər: \
"Lavrov yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinsə əldə edilməsi o qədər də inandırıcı deyil. Həm Ermənistan, həm də Rusiya üçün regionda mövcudluğunu qoruyub saxlamağın yolu iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov Çavuşoğlu-Lavrov görüşündən danışarkən deyib. Onun sözlərinə görə, Rusiya XİN başçısının açıqlamaları bir neçə məsələnin onlar üçün artıq aydın olduğunu göstərir:

"Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Regionda Türkiyə də var və Rusiya onunla hesablaşmağa məcburdur. İkincisi, Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz. Üçüncüsü, əgər Rusiya Ermənistanı mövcud durumdan xilas etmək istəyirsə, həm Türkiyə, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır. O cümlədən Zəngəzur dəhlizinin açılması və kommumikasiyaların qurulması sanksiyalar səbəbindən çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də 3+3 formatında təklif edilmiş platforma daha məntiqəuyğundur”.

Politoloq həmçinin qeyd edib ki,  Lavrovun çıxışından Rusiyanın indi daha çox regionda mövqeyini qorumağa çalışdığı qənaətinə gəlmək olar.

Qeyd edək ki, iyunun 30-da Türkiyədə XİN başçısı Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov arasında görüş baş tutub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR