Laçının deputatı arağını şəhidin adına yaradılmış bulaqda soyudur - KEF MƏCLİSİNDƏN FOTOLAR

Laçının deputatı arağını şəhidin adına yaradılmış bulaqda soyudur - KEF MƏCLİSİNDƏN FOTOLAR
Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub.

Sfera.az xəbər verir ki, bu barədə "Caliber” məlumat yayıb.

Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.

Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul olan şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var.

Deputatın arağını soyutduğu bulağın həmin şəhidin məzarından 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha çirkinləşdirir.

Görünür öz səfərlərindən və məclislərindən vəcdə gələn deputat və Komitə rəsmisi şəhidə, onun xatirəsinə hörmətsizlik etdiklərinin fərqinə varmayıblar.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR

14 yaralı vətəndaşımız Bakıya yola salındı - Fotolar

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətənd...

Avropa Şurasının Baş katibi Azərbaycana başsağlığı verdi

Avropa Şurasının Baş katibi Alain Berset "Azərbaycan Hava Yolları" təyyarəsinin dekabrın 25-də Qazaxıstanda baş verən və çoxlu sayda insanın ölümü ilə...

"Metodistlərin birbaşa direktor müavini təyin edilməsi..." - Ekspert etiraz etdi

Metodistlərin birbaşa direktor müavini təyin edilməsi qanuna ziddir.   Bu sözləri Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. ...

“Təyyarə qəzasına səbəb Rusiya raketi olub” - KİV

İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiy...

Banklar kredit faizlərindən nə qədər qazanıb? - STATİSTİKA

2024-cü ilin yanvar-noyabr ayları ərzində banklar verdikləri kreditlərə görə müştərilərdən 2 milyard 808 milyon manata yaxın faiz gəliri əldə edib.   ...

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydasında dəyişiklik edildi

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş n...