No Image
No Image

Kürdəmirdə karantini pozan restoran sahibi cərimələndi

Kürdəmirdə karantini pozan restoran sahibi cərimələndi
Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.

Sfera.az xəbər verir ki,Kürdəmir rayon Xırdapay kənd ərazisində yerləşən "Qarabağ” restoranının sahibi Hacıyev Baqir İlham oğlu karantin qaydalarını ciddi şəkildə pozduğuna görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Rayon Polis Şöbəsinin əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Baqir Hacıyevi Kürdəmir rayon Məhkəməsinə aparıblar.Sonda Məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min (üç min) manat cərimə olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dağıntılar altında qalanlar var - Partlayışla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Xırdalanda 27-ci məhlədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib. FHN mətbuat katibi Gülçin Mehdiyeva açıqlamasında ...

Xırdalanda güclü partlayış: dağıntılar altından 2 nəfər çıxarılıdı - VİDEO

Abşeron rayonunda evdə partlayış baş verib. Sfera.az övqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri 27-ci mə...

Bakıda dəhşətli hadisə: Qadın özünü xəstəxananın üçüncü mərtəbəsindən atdı

Bakıda xəstəxanada müalicə alan qadın intihara cəhd edib. Hadisə Xətai rayon ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. ...

Tolikin atası vəfat etdi

Prodüser Tarix Əliyevə (Tolik) ağır itki üz verib. Sfera.az  xəbər verir ki, Tolikin atası Tahir Əliyev dünyasını dəyişib. O, bu gün səhər saatlarınd...

Dəniz quldurlarının Fərman İsmayılovu öldürdüyü dəhşətli anlar - VİDEO

Türkiyəyə məxsus "Mozart" gəmisinə dəniz quldurlarının hücumu nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun öldürülmə anının görünt...

Bakıda yaşayan 20 yaşlı qız dəm qazından boğularaq xəstəxanaya yerləşdirildi

Bakının Sabunçu rayonunda dəm qazından boğulma hadisəsi qeydə alınıb. Sfera.az  xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. 20 yaşlı ...