Kürdəmir sakini tanışını güllələyib öldürdü
21:52 / 30.07.2021
2206
İyulun 30-da Kürdəmir rayonunun Dayıkazımlı kəndində qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə saat 16 radələrində törədilib. Kənd sakini Vurğun Mehdiyev aralarında yaranan münaqişə zəminində həmkəndlisi Bəhmən Hümmətovu ov tüfəngindən atəş açaraq qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin cəsədi müayinə üçün ekspertizaya aparılıb. Hazırda Kürdəmir Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.