No Image

Kürdə suyun səviyyəsi azalır - Səbəb nədir?

Kürdə suyun səviyyəsi azalır - Səbəb nədir?
 Kürdə suyun səviyyəsi yenidən aşağı düşüb. Çayın sululuğunun azalması ətraf rayonlarda yaşayan sakinlərin gündəlik həyatına birbaşa təsir edir.
 
Sfera.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 3 dövlət qurumu məsələ ilə bağlı öz təkliflərini irəli sürüblər.
 
Bir müddət əvvəl suyun səviyyəsi nisbətən qalxmağa başlayan Kürdə sululuq yenidən azalıb. Çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib...
 
Çayda suyun səviyyəsinin enməsini mütəxəssislərin bir qismi yağıntıların az olması ilə əlaqələndirsə də, Coğrafiya İnstitutundan problemin kökündə çayın üzərində tikilən su anbarlarının dayandığı bildirilib. İnstitutun şöbə müdiri Mirnuh İsmayılovun sözlərinə görə, anbarlar tikilərkən düzgün planlaşdırılma aparılmadığından çayların sululuğunda belə problemlər yaranır. Hətta bəzi çaylar tamamilə quruyur. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə bu iddia ilə razılaşmır. O deyir ki, anbarlarda istifadə olunan su yenidən çaylara axıdıldığından hansısa problemə səbəb ola bilməz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mərkəz direktoru Asif Verdiyevin sözlərinə görə, Kür çayının səviyyəsi düşsə də, yağışlı günlərin gəlməsi ilə bu problem aradan qalxa bilər.
 
Qeyd edək ki, bu ilin iyul ayında Kürün səviyyəsi sürətlə enməyə başlayıb. Sentyabr ayının əvvəllərində çayda sululuq azca artsa da, bu günlərdə suyun səviyyəsi yenidən enməyə başlayıb.
 
 

OXŞAR XƏBƏRLƏR

DTX əməliyyat keçirdi, həbs olunanlar var - VİDEO

 Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan R...

Müdafiə Nazirliyi yeni məlumat yaydı- VİDEO

  Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib. Sfera.az xəbər verir ki, ən yaxşı adını qazanmaq üçün y...

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - VİDEO

  Son günlər insanlar Novxanıda heykəllər ilə bəzədilmiş evin şəkillərini çəkib paylaşırdı. Lakin heç kim evin kimə məxsus olduğunu bilmirdi. Bilmək istəy...

1000 nəfərlik zala 100 qonaq - Toyda hər kəs maska ilə iştirak etsin - VİDEO

  "Bu tarixdən toylar bərpa olunur” bu xəbərin həqiqət olmasını həm toyu təxirə düşən cütlüklər, həm də işi toyla əlaqədar olan şəxslər səbirsizliklə gözl...

Kontakt Home vaxtında təmir edilməyən məhsulları yenisi ilə əvəz edir

  İndi Kontakt Home 14 gün ərzində hər hansı səbəbdən təmir edilməyən bütün məhsulları 15-ci gün yenisi ilə əvəz edəcək. Bu barədə Qafqazinfo-ya Kontakt...

18 metrlik “BakuBus” avtobusu qəzaya uğradı - VİDEO

  Bakıda "BakuBus” avtobusu qəzaya uğrayıb. Bildirilir ki, qəza Neftçilər prospektində baş verib. "BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtob...