KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR

KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR
Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT-nin onlayn sammiti başlayıb.

Sfera.az xəbər verir ki, bu haqda informasiyanı "Sputnik Qazaxıstan” nəşri yayıb.

Mənbə qeyd edir ki, sammit iştirakçıları Qazaxıstanda iğtişaşlar zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev çıxışında bildirib ki, ölkə genişmiqyaslı, müstəqillik tarixinin ən çətin böhranını yaşayıb.

O, Qazaxıstana gələn KTMT hərbçiləri haqda da danışıb:

"Bizim üçün KTMT-nin təkcə hərbi deyil, həm də mənəvi dəstəyi prinsipial olaraq vacibdir”.

Prezident vurğulayıb ki, iğtişaşların təşkilatçıları dinc mitinqlərdən bəhanə kimi istifadə ediblər:

"Sanki bir əmrlə dini radikallar, bədnam quldurlar, talançılar və xırda xuliqanlar peyda olub”. O, əlavə edib ki, bütün döyüş əməliyyatları bir mərkəzdən əlaqələndirilib, binalara sinxron hücumlar buna sübutdur.

Tokayev Qazaxıstanda baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb:

"Terrorçuların əsas məqsədi hakimiyyəti ələ keçirmək olub. Almatı polis idarəsi ətrafında döyüş iki gecə davam edib. Quldurlar polis əməkdaşlarını xüsusi amansızlıqla döyüb, iki nəfərin başını kəsiblər. Silahlılar Qazaxıstanın paytaxtına da zərbə endirməyi planlaşdırıblar”.

Prezident itkilər haqda da söz açıb:

"Mülki itkilər var, dəqiq sayı müəyyənləşdirilir. 16 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 1,3 mindən çoxu yaralanıb.
Quldurlar gecə meyitxanalara hücum ediblər, ölən ortaqlarının cəsədlərini götürüblər. Bu, beynəlxalq terrorçuların təcrübəsidir, ona görə də öz izlərini örtüblər”.

Onun sözlərinə görə, iğtişaşlar zamanı Almatı və 9 rayon quldurların əlinə keçib:

"Biz dinc nümayişçilərə qarşı heç vaxt güc tətbiq etməmişik və etməyəcəyik. Bəzi mənbələr iddia edir ki, Qazaxıstan hakimiyyəti dinc nümayişçilərə qarşı mübarizə aparır. Bu, tamamilə dezinformasiyadır. Yaxın vaxtlarda biz dünya ictimaiyyətinə Qazaxıstanda terror aktının təşkili ilə bağlı sübutları təqdim edəcəyik”.

Tokayev Qazaxıstanda baş verənləri Almatı faciəsi adlandırıb.
 
(bizim.media)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya Ukraynadan təxliyyə prosesinə başlayıb? – Rəsmi açıqlama

Rusiya Ukraynada diplomatik nümayəndəliklərdə çalışan əməkdaşların ailələrini təxliyyə etmələri xəbəri ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ...

İran və Çin arasındakı 450 milyard dollarlıq müqavilə - Bu, nələri dəyişəcək?

"İran və Çinin uzun zamandır müzakirə etdiyi ticarət, investisiya, müdafiə və təhlükəsizliklə bağlı imzalanan, strateji mahiyyət kəsb edən 450 milyard dollarl...

Ermənistan XİN Türkiyə ilə danışıqlar barədə məlumat yaydı

"Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma pros...

Türkiyə XİN Azərbaycanla bağlı bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə bəyanat yayıb. Sfera.az xə...

Sülhməramlıların çıxarılması proseduru müəyyənləşdi - Ruslar Qazaxıstanı ən sonda tərk edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması proseduru müəyyənləşib. Sfera.az xəbər verir k...

Tokayev Qazaxıstanın yeni hökumətinin tərkibini təsdiqlədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin yeni tərkibini təsdiqləyib. Sfera.az xəbər verir ki, bu barədə ölkənin Prezident Administirasiyası mə...