Münaqişə zamanı adam bıçaqlayana hökm oxundu - 8 il

Münaqişə zamanı adam bıçaqlayana hökm oxundu - 8 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Maarif Dəmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hadisə ötən il sentyabrın 24-də Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib. Quba rayon sakini, 1992-ci il təvəllüdlü Maarif Dəmirov münaqişə zəminində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Etibar Mehtiyevə bir neçə bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən M.Dəmirovun həyatını xilas etmək mümkün olub.
Məhkəmənin hökmü ilə Maarif Dəmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Dəmirov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirləndirilib.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...