Azərbaycanda ötən il törədilən səs-küylü qətlin üstü açıldı

Azərbaycanda ötən il törədilən səs-küylü qətlin üstü açıldı
Ağcabədidə ötən ilin oktyabrında törədilən qətlin üstü açılıb. 
-ın APA-ya istinadən verdiyi məlumatına görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 17-də itkin düşən və bir müddət sonra meyiti Qarabağ kanalından tapılan Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun qətlə yetirildiyi məlum olub. 
Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu vəMəmmədov Namiq Qurban oğlu saxlanılıblar.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qətli törədən şəxslərin qəssablıqla məşğul olduğu bildirilir.
Qeyd edək ki, Ağcabədidə "Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V.İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bununla bağlı Ağcabədi rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.  
Bir neçə gün sonra V.İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...