Bakıda nəvəsini öldürüb basdıran baba danışdı - “Məni söydü”

Bakıda nəvəsini öldürüb basdıran baba danışdı -  “Məni söydü”

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəblərindən danışıb.

Hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib. Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlılqa qətlə yetirib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.

Sfera.az musavat.com-a istinadən verdiyi məlumata görə, o, yeniyetmə nəvəsi Tural Bayramovu

 evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb.

Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib:“Əsəblərimi cilovlaya 

bilmədim. Onu boğub öldürdüm”.

Hadisədən sonra Rakif Bayramov nəvəsinin meytini adyala bükərək, çarpayının altında gizlədib. Rafiq Bayramov 

daha sonra yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit bir neçə gün orda qalıb. Yeniyetmə Tural

 Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar.

Ağdama gedərək, maşınını götürən baba nəvəsinin meyitinin dalınca Bakıya qayıdıb: “Meyiti qoydum maşına

 getdim rayona. Yolda zəng vurdum ki, Turalı öldürüblər, dəfn etməyə gətirirəm”.

Babası Tural Bayramovu şəriət qaydalarına uyğun Çəmənli kənd qəbiristanlığında dəfn edib. Hadisədən xəbər tutan

 Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək, araşdırmalara başlayıblar. Meyit məhkəmənin 

qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.

Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib.

Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovin doğma bacısına sataşdığı üçün

 babası tərəfindən qətlə yetrildiyi barədə məlumat yayılmışdı.

Mərhumun nənəsi Güllü Bayramovnın sözlərinə görə hadisənin namusla heç bir əlaqəsi yoxdur:

“Kişi ilə dalaşıb. Deyib ki, sən qeyrətsizsən. O da dözməyib, bu hadisəni törədib”.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin detalları araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...