Sevinc Babayevanın oğlu arvadını bıçaqladı
Bakının Binəqədi rayonunda keçmiş məhkum arvadını bıçaqlayıb.
Sfera.az report-a istinadən bildirir ki, Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan,
əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində
arvadıGünay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub.
G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A.Məmmədovun tutulması üçün
axtarış tədbirləri davam etdirilir.
A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin
yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak
edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda
olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək
xəstəliyindən vəfat edib.