Leytenant Nəcəfliyə AĞIR CƏZA VERİLDİ - Rüşvət alaraq hərbçilərin...

Leytenant Nəcəfliyə AĞIR CƏZA VERİLDİ - Rüşvət alaraq hərbçilərin...

N saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəfli ilə bağlı qərar dəyişilib. 

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb.

 

Hərbi Prokurorluğun araşdırması nəticəsində Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin müttəhimə pul vermədiklərini deməsini, müstəntiqə dediklərindən fərqli danışdıqlarını nəzərə alıb. Hökmə əsasən, sərbəst mühakimə edilən leytenanta bəraət verilib.

 

Hökmdən narazı qalan prokuror təqsirləndirilən şəxsin sanksiya həddində cəzalanması tələbi ilə apellyasiya şikayəti verib. Apellyasiya instansiyasında iş yenidən araşdırılıb, tərəflərin ifadələri təkrar tədqiq edilib.

 

Yekunda hakimlər belə qənaətə gəlib ki, istintaq vaxtı fərqli məhkəmədə, əzbərlənmiş şəkildə fərqli danışan şahidlərin ifadəsi inandırıcı deyil.

 

Bu əsasla bəraətverici hökm ləğv edilib. Qərara əsasən, Nəcəf Nəcəfli təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Leytenant məhkəmə zalında həbsə alınıb.


OXŞAR XƏBƏRLƏR

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saa...

"İstanbuldakı danışıqların nəticəsi Kiyevdən asılıdır" - Sergey Ryabkov

“İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticəsi Moskvadan yox, Kiyevə rəhbərlik edənlərdən asılıdır”.    Sfera.az xarici mediaya ...

“Azərlotereya”nın “1001 Sevinc” əşya lotereyası başladı

“Azərlotereya” növbəti möhtəşəm lotereya ilə hər kəsi sevindirəcək. “1001 Sevinc” yeni tirajlı lotereyasında yüzlərlə dəyərli əşyalar sa...

Millimizin üzvü Azərbaycanda klub AXTARIR

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov legioner həyatına son qoyacaq.   Sfera.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayı...