Müharibə iştirakçılarının 60 min manatı ələ keçirildi - Saxlanılan var + VİDEO
Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb:
“Araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək, əsasən, müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil, sığorta pulu, əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub”.
Qurum, həmçinin əlavə edib ki, faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb:
“Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir”.
Günay