Qayınanasını baltalayıb evdən qaçmışdı, Daşkəsəndə MEYİTİ TAPILDI - TƏFƏRRÜAT

Qayınanasını baltalayıb evdən qaçmışdı, Daşkəsəndə MEYİTİ TAPILDI - TƏFƏRRÜAT

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin ötən gün meyiti tapılıb.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

 

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir. S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

 

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.


Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

 

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər. Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.


OXŞAR XƏBƏRLƏR

Zelenskinin təyyarəsi Ankaradan Tiranaya yola düşdü

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb. &nb...

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Nahid Bağırov Kələzeyvə kəndinin sakinləri ilə görüşüb -FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon sakinlərinin növbəti səyyar qəbulunu keçirib.  Sfera.az xəbər verir ki, ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...