Bakıda ard-arda QƏTLLƏR: Cinayətin törədildiyi odlu silahlar necə əldə edilir? - Vəkil AÇIQLADI

Bakıda ard-arda QƏTLLƏR: Cinayətin törədildiyi odlu silahlar necə əldə edilir? - Vəkil AÇIQLADI

Bir neçə gün əvvəl paytaxtda polis əməkdaşlarının odlu silahla öldürülməsi, dünən isə Nərimanov rayonunda gəncin güllələnərək qətlə yetirilməsi bir sıra məsələlərin ciddi müzakirəsinə səbəb olub.. Bunlardan biri də sıravi vətəndaşların silah əldə etməsidir.

 

Maraqlıdır, qanunvericilik bununla bağlı nə deyir? Hər kəs rahatlıqla silah əldə edə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə yazmalıdır. Onun sözlərinə görə, şəxs bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşı olduğuna dair şəxsiyyət vəsiqəsini təqdim etməlidir:

 

“Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasında xidməti silah əldə etmək hüququ olanlar bunlardır: xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər; xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr ( "təchiz edən müəssisələr"); idman və ovçuluq cəmiyyətləri; təhsil müəssisələri. Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi digər vəzifəli şəxslərə xidməti silah verilir. Onların öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ var”.

 

Turan Abdullazadə bildirib ki, bəzi hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:

 

“Həmin hallar bunlardır:  Mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda; haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin tibbi əks göstərişi olduqda;  o, ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda; ov qaydalarının pozulması ilə bağlı hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində); polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə; bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda; silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda.... Ümumiyyətlə, mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır”.

 

Vəkil qeyd edib ki, vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir:

 

“Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur. Bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Özünümüdafiə silahı yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sabahdan bu avtomobillərin fəaliyyəti qadağan edilir

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...

Məhərrəm ay qabağı restoranlarda qiymət necədir? - VİDEO

Məhərrəm ayı yaxınlaşdığından restoranlarda sifarişlərin sayı da artıb.   Son bir ayda Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7 faiz artıb. ...

Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə ol...

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmə...

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcəkdir.    Sfera.az x...

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...