DİN-dən genişmiqyaslı ƏMƏLİYYAT: Üç milyon manatlıq narkotik ələ keçirildi - FOTO

DİN-dən genişmiqyaslı ƏMƏLİYYAT: Üç milyon manatlıq narkotik ələ keçirildi - FOTO

Son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, narkotiklərin “qara bazar”da dəyəri 3 milyon manatdır:

 

“DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib. Nəticədə 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib”.

 

Qurumun məlumatına əsasən, araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər:

 

“Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...