Bakıda sifarişlə quldurluq edən şəxslər SAXLANILDI - FOTO

Bakıda sifarişlə quldurluq edən şəxslər SAXLANILDI - FOTO

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

“Zərərçəkmişin əlindəki içərisində 61.500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı- əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32.500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb”, - qurumdan bildirilib.

 

Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib:

 

“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək- Əliyevlə Ərdoğan da qatılacaq

Gələn ay Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən 250 mininci mənzilin açarları vətəndaşlara təqdim ediləcək.   Sfera.az xə...

Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək

“Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək”.   Sfera.az xəbər verir ki, bunu...

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb...

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.   ...

“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal + VİDEO

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. &nbs...

“Qarabağ” son turda da qələbə qazandı

Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları keçirilir.   Sfera.az xəbər verir ki, günün il oyununda çempion “Qarabağ” səfərdə &ldqu...