Şabranda oğurluq edən şəxs SAXLANILDI

Şabranda oğurluq edən şəxs SAXLANILDI

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Abşeron rayon sakini Elman Əlicanovu saxlayıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirlib ki, o, B.Məlikovun 2500 (iki min beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəlidir.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.

 

Asya


OXŞAR XƏBƏRLƏR