Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI
![Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI](https://sfera.az/photo/orginal/2024/04/23/1713852724_3e790f3f-d5da-310c-9db6-1ed4ab3aeb43_850.jpg)
Kriminal
10:10 / 23.04.2024
3296
Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.