Xankəndidə 3 avtomat, 2 qumbara AŞKAR EDİLDİ
10:30 / 23.03.2024
18591
Xankəndidə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov məlumat verib.
O bildirib ki, axtarış-əməliyyat tədbirləri fasiləsiz davam etdirilir.
Ülkər Abdurahmanlı