Azərbaycanda iş otağında əxlaqsızlıq edən 69 yaşlı məmur barəsində QƏRAR VERİLDİ

Azərbaycanda iş otağında əxlaqsızlıq edən 69 yaşlı məmur barəsində QƏRAR VERİLDİ

Bu günlərdə Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin rayonlardan birindəki şöbəsinin rəisi vəzifəsində çalışmış məmur barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 69 yaşlı rəis Murad Ağayev (şərti) Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcburetmə) maddəsi ilə ittiham edilib.

 

İttihamda qeyd edilib ki, M.Ağayev ona müraciət etmiş və xəsarətləri ilə bağlı ekspertiza rəyinin verilməsini istəmiş gənc qadına verəcəyi sənədin müqabilində ona əxlaqsız təklif edib. O, həmin qadını bir neçə dəfə işlədiyi xəstəxanadakı kabinetdə məcburi şəkildə intim münasibətə vadar edib. Qadının şöbə rəisi ilə kabinetdə çəkdiyi görüntülər yayıldıqdan sonra isə məsələ böyüyüb. Həmin qadın M.Ağayev​ barəsində şikayət edib və cinayət işi başlanılıb. Eyni zamanda, məhkəmənin qərarı ilə M.Ağayev vəzifəsindən kənarlaşdırılıb.

 

Məhkəmədə M.Ağayev onun yanına gələn qadının əvvəlcədən müəyyən şəxslər tərəfindən öyrədildiyini, görüntülərinin qəsdən yayıldığını iddia edib. O əlavə edib ki, tanımadığı şəxs görüntüləri ona yollayaraq 15 min manat tələb edib, həmçinin digər qanunazidd əməllərlə üzləşib. Təqsirləndirilən şəxs etiraf edib ki, rəhbərlik etdiyi şöbənin arxiv otağında zərərçəkmiş şəxslə ümumilikdə 4 dəfə cinsi əlaqədə olub və hər hansı məcburetmə olmayıb.

 

Sonrakı proseslərdə isə zərərçəkmiş şəxs qismində tanınan qadın isə artıq M.Ağayevdən şikayətçi olmadığını və onunla könüllü olaraq birlikdə olduğunu deyib.

 

Rayon məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Ağayevə bəraət verilib və onun üzərində olan polisin nəzarəti altında olma qətimkan tədbiri götürülüb.


OXŞAR XƏBƏRLƏR

Mbappe zorlamada şübhəli bilinir

"Real Madrid"in futbolçusu Kilian Mbappe İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.   Sfera.az xəbər verir ki, bu barədə "Aft...

Metroda yenə problem - İntervaldan əlavə 11 dəqiqə gecikmə yarandı

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.&n...

Daha 369 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 36...

Qlobal dövlət borcu bu il 100 trilyon dolları keçəcək - BVF

Bütün ölkələrin ümumi dövlət borcunun bu il 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.   Sfera.az...

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağ...

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.   Bunu Ermənistan parlamenti...