Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi TƏXİRƏ SALINDI

Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi TƏXİRƏ SALINDI

Ali Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Sfera.az xəbər verir ki, prosesə hakim Şahin Yusifovun sədrliyi ilə V.Hacıyevin cinayət işi üzrə əmlaklarının müsadirə olunması qərarından ailə üzvlərinin verdiyi kassasiya şikayəti əsasında baxılmalı idi.

 

Xatırladaq ki, sabiq icra başçısı 2022-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin, onun cinayət işi üzrə əmlakları da müsadirə olunmuşdu.

 

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirib. Daha sonra o, həbs edilib.

 

V.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. (Report)


OXŞAR XƏBƏRLƏR

İranın Azərbaycandakı səfirinin səlahiyyətlərini o İCRA EDƏCƏK

İran Azərbaycana yeni səfir təyin edənə qədər onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian icra edəcək.   Bu barədə Sfera.az...

Sabah yağış yağacaq - PROQNOZ

Mayın 22-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &n...

Suriya Prezidentinin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykoz diaqnozu qoyulub.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya d...

"Azərbaycan “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradə ortaya qoyub" - Zahid Oruc

“Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür”.  Sfera.az xəbər ...

"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - ADLAR

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotikləri...

Əhali hələ də bu yolla ALDADILIR: "Hamısı eyni üsulla..." - RƏSMİ AÇIQLAMA

Ötən gün polisə yenidən bank kartlarından oğurluqla bağlı müraciətlər daxil olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətini...