Əhmədlə bağlı bu xəbər YALAN İMİŞ - Məhkəmənin qərarına əsasən... - YENİLƏNDİ - 1 

Əhmədlə bağlı bu xəbər YALAN İMİŞ - Məhkəmənin qərarına əsasən... - YENİLƏNDİ - 1 

Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur: "Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.

 

Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcək: "Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik".

 

***

 

16:00

 

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.

 

Sfera.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Məhkəmə vəsatət və təqdimatı təmin edib, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi qərara alınıb.

 

Yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq. Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı rəy hazırlanacaq. (APA)

 

***

 

15:38

 

Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.

 

Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq.

 

Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.

 

Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR