Bu şəxslər dörd ilədək azadlıqdan məhrum ediləcək – Hüquqşünas AÇIQLADI 

Bu şəxslər dörd ilədək azadlıqdan məhrum ediləcək – Hüquqşünas AÇIQLADI 

Azərbaycanda azyaşlı qızların valideynləri tərəfindən məcbur ərə verilməsi halları tez-tez müşahidə edilir.

 

Bəs övladlarını ərə getməyə məcbur edən valideynlərə qarşı hansı cəza tədbirləri görülə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var və nikah könüllü razılıq əsasında bağlanılır:

 

“Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Erkən nikah və erkən nikaha məcbur edilmə hallarına, əsasən, qızlar arasında rast gəlinir. Heç kəs razılığı olmadan nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir. Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb".

 

Hüquqşünas qeyd edib ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

“Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə, üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...