Ötən gün polisə 8 tüfəng könüllü təhvil verilib
Kriminal
10:30 / 10.02.2024
8113
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 9-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.