İşdən çıxarılan baş həkim məhkəmə zalında həbs edildi

İşdən çıxarılan baş həkim məhkəmə zalında həbs edildi

Dələduzluqda təqsirləndirilən, Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatətlə çıxış edib.
Təqsirləndirilən şəxsin vəkili zərərçəkmiş Dəniz Əsədovanın anlaqsız halda ifadələr verdiyini bildirib, barəsində tibbi ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verib.

 

Hakim vəsatəti təmin etməyib.

 

Daha sonra zərərçəkmiş şəxsin vəkilləri təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib. Buna səbəb kimi iş üzrə şahidlərin çoxluğu və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərəri ödəməməsi göstərilib.

 

Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən Rauf İsfəndiyarovun məhkəmə zalında həbs edilməsi ilə bağlı qərar çıxarılıb.

 

Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.

 

Qeyd edək ki, təqsirləndirilən Rauf İsfəndiyarova bir neçə ay əvvəl Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.


Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 3 zərərçəkmiş kimi müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyi tanınıb.


Məlumata görə, təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan çoxdur.

 

R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan aldatma yolu ilə 260 min və 59 min manat pul almaqda ittiham edilir.

 

Cinayət işi ilə bağlı ötən il həbs edilən R. İsfəndiyarov sonradan ev dustaqlığına buraxılmışdı.


OXŞAR XƏBƏRLƏR

DTX-də Zəfər Günü ilə bağlı konsert TƏŞKİL OLUNDU - FOTOLAR

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.   Bu barədə Sfera.az-a DTX-dən məlum...

Ərdoğan Trampla bu məsələləri müzakirə etmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampla Amerika qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etmək niy...

Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində - FOTOLAR

"Shanghai World Expo" Sərgi və Konqres Mərkəzində keçirilən 7-ci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur. &n...

Yenicə açılan Zəfər parkından FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Zəfər parkının açılışında iştirak ediblər. ...

Sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb? - "Bu məlumatı yaymaqla..." + AÇIQLAMA

Sosial şəbəkələrdə vətəndaşlara xəbərdarlıq edən paylaşımlar yayılıb. İddia olunub ki, bəzi şəxslər peyvəndə görə zəng edərək dələduzluğa yol verirlər. Onl...

COP29 Məlumat mərkəzləri fəaliyyətə BAŞLADI - FOTO

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin ...