"Şagirdə zorakılıq edən birinin uşaqlarla bağlı quruma rəhbər təyin edilməsi..." - AÇIQLAMA

Keçən il Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri etdiyinə görə haqqında Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. Daha sonra ona 4 min manat cərimə cəzası təyin olunub.

 

Lakin bu gün Lənkəran rayon icra başçısının sabiq müavini Rasilə Arifqızı Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.


Bəs belə tərcümeyi-halı olan birinin yenidən vəzifəyə təyin olunması, xüsusən də uşaq evinin müdiri olması nə dərəcədə doğrudur?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, Rasilə Arifqızının yenidən vəzifə tutması ilə bağlı qanunvericilikdə məhdudiyyət qoyulmayıb:

 

“Mən o vaxt da sözügedən maddə ilə ittiham olunmasını düzgün saymamışdım, çünki faktiki olaraq şəxsin azadlığının məhdudlaşdırılmasından söhbət gedirdi. Buraya başqa maddələr də əlavə olunmalı idi.Lakin cəriməsini ödəyib, cəzasından azad olunub. Məhkəmədə onun başqa bir vəzifə tuması ilə bağlı qərar qəbul olunmayıbsa, bu halda qanunvericilik ona bu barədə məhdudiyyət qoymur”. 


Hüquqşünas qeyd edib ki, bu addım mənəviyyat baxımından doğru deyil:

 

“Tutaq ki, ölkəmizdə kimsə mühafizə orqanında işləmək istəyir. O adam araşdırılır. Əgər nəslində cərimə hökmü olan biri varsa, onu işə götürmürlər. İnternat məktəbinin direktoru kiçik vəzifə deyil. Yenə də uşaqlarla işləyəcək. Uşaqlara qarşı o cür rəftar edən birinin yenidən belə bir quruma rəhbər qoyulması mənəviyyat baxımından düzgün deyil”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

İranda kütləvi həbslər başladı – Yüzlərlə tutulan var

İranda İsraillə müharibənin başlanmasından sonra genişmiqyaslı repressiyalar dalğası başlayıb. Son məlumatlara görə, ölkədə 700-dən çox şəxs saxlanılıb, azı 6 n...

Zaxarova Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İran, İsrail və İraqdan 1000-dən çox Rusiya vətəndaşı təxliyə edilib. Rusiya vətəndaşları İranı əsasən Azərbaycan,...

“iPhone 17 Pro”nun yeni kamera xüsusiyyətləri açıqlandı

“Apple” şirkətinin bu payız təqdim edəcəyi gözlənilən “iPhone 17 Pro” modeli ilə bağlı maraqlı detallar ortaya çıxıb. Yeni yayımlanan mə...

Azərbaycanda ət bahalaşacaq - VİDEO

Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər veri...

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...