Bakıda oteldə saxlanılan qadın "tanınmış" şəxs imiş - İmkanlı kişilərlə görüşdən sonra... / FOTOLAR 

Bakıda oteldə saxlanılan qadın

Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb.

 

Əməliyyatda Şirvan şəhər sakini olan Gülnar Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxn heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.

 

Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.

 

Şirvan şəhər sakini olan Gülnar Əhmədova 2015-ci ilin oktyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. "Bandotdel” əməkdaşları əvvəlcə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımovu saxlayıb.

 

Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul aldıqları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

 

 

G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub, həmin anı videokamera ilə qeydə alırmış. Sonradan isə həmin videoları yayacağı ilə hədələyib, onlardan külli miqdarda pul alıb. Artıq bir neçə kişi onun qurabınına çevrilib. İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.

 

Qeyd edək ki, G.Əhmədova uzun illər Şirvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı olub. O, 2013-cü ilin sentyabr ayına kimi şöbə müdirinin köməkçisi vəzifəsində çalışıb. Həmin hadisə ilə bağlı Şirvan Şəhər Təhsil Şöbəsinin sabiq müdiri Paşa Nəbiyev bildirib ki, adı şantaj olayında hallanan Gülnar Əhmədova 2013-cü ilin sentyabr ayında işdən azad olunub:

 

"Hazırda o mənim işçim deyil. Bizdə işlədiyi zaman belə bir məlumatımız olmayıb. Heç düşünməzdik ki, o belə işlə məğul olsun. İşdən azad olunandan sonra onunla əqalə saxlamamışıq. Bizlə işlədiyi zaman normal olaraq işinə gəlib-gedirdi”. //Qaynarinfo

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...