Yıxılaraq öldüyü deyilən kişi qətlə yetirilibmiş - RƏSMİ

Yıxılaraq öldüyü deyilən kişi qətlə yetirilibmiş - RƏSMİ

Abşeronun Masazır qəsəbəsində yıxılaraq öldüyü bildirilən 44 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş prokurorluq və DİN birgə məlumat yayıb.

 

İlk olaraq  Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla 39 yaşlı Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...