Rəqsanəni 12 il həbs gözləyirdi

Rəqsanəni 12 il həbs gözləyirdi
 
Müğənni Rəqsanə İsmayılova ilə işbirliyi quran türkiyəli musiqiçi Caner Tepecikin ifaçını dələduzluqda ittiham etməsi və onu mafiya ilə hədələməsini deməsi bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edib.

Hazırladığı 4 mahnı üçün ödənilməli olan 16 min manatı ala bilmədiyini deyən musiqiçi daha sonra primtime.az saytına açıqlamasında bildirib ki, Azərbaycan dilini yaxşı mənimsəmədiyi üçün Rəqsanənin açıqlamalarını təhdid kimi qiymətləndirib və artıq problem həll ediblər. 

R. ismayılova isə məsələyə sosial şəbəkdə münasibət bildirib: 

"Allah hər birimizə kömək olsun. Mən həyatda dostlarımı çox istəyirəm, onlara qiymət verirəm, şalışıram məndən inciməsinlər. haqqımda çıxan yazı barədə susdum, çünki haqlı susar, haqsız qışqırar, bağırar. Bu dünyadan heç kim heç nə aparan deyil. O insan bu gün səhvini başa düşdü və təkzib Verdi biz niyə millət olaraq, bir-birimizə badalaq vururuq? Şükür ki, heç kimin haqqına girməmişəm, heç zaan da girmərəm. Mən Allahdan qorxan insanam. Allah hər şeyi görür. Bu məsələdə adı hallanan müğənni Hacı Nazim illərdir tanıdığım yaxınımdır. Ola bilər ki, hövsələsizlik edib. Bizim ortaq dostlarımız, qardaşlarımız var. hər şeyi bağışlamağı bacarırıq. Bizə qalmaqal yaraşmaz, o yaşımız deyil, reklama ehtiyacımız yoxdur. Qoyun, qalmaqalı yeni sənətə gələn, tanınma istəyənlər etsin. Biz sözümüzü demiş insanlarıq”.

Müğənnilər ilə bəstəkarlar, şairlər arasında mahnı üst davalar, pul qalmaqalları, müəllif hüququnu pozmaq halları tez-tez baş verir. Bəs, iş birliyi qurulanda hansı addımlar atılmalıdır? 

Sfera.az Musavat.com -a istinadən xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Ruslan Əhmədoğlu ilə əlaqə saxlayıb. O bildirib ki, işbirliyi qurulan zaman tərəflər arasında müqavilə bağlanmalıdır: 

"Sənət adamları arasında yaşanan qalmaqallara tez-tez rast gəlirik. Bunun səbəi isə doğru addılar atılmamasıdır. İş işdir, dostluq dostluqdur. İşbirliyi qurulan zaman tərəflər arasında müqavilə bağlanmalı, sənədlər tərtib edilməlidir. Son günlər isə Rəqsanə xanımla türkiyəli müsiqiçinin pul qalmaqalı gündəmdədir. Düzdür, C. Tepecik dediklərini təkzib etdi və məsələnin həll olunduğunu bildirdi. Amma mən bu məsələ haqda hüquqşünas olaraq fikrimi bildirmək istəyirəm. Onların məsələsi belə idi ki, bu sifariş dost münasibəti və etibar üzərində qurulmuşdu. Ona görə ortada ancaq söz vardı, başqa hansısa sənəd yoxdu. Türkiyə vətəndaşının Rəqsanəni dələduzluqda ittiham etməsi qanun pozuntusudur. Çünki Rəqsanə xanım ictimai insandır, bu qalmaqal onun nüfuzuna xələl gətirir. Bu da Rəqsanə xanıma müəyyın qanuni addımlar atmağa icazə verirdi.

Əgər musiqiçinin əlində sənədlər yoxdursa, onun hüquq-mühafizə orqanlarına müraciət etməsi yersizdir. Əgər müqavilə, sənəd varsa, dələduzluq faktı sübuta yetirilsə, qarşı tərəfi 12 il həbs gözləyir. Bir daha qeyd etmək istəyirəm ki, sübuta yetməyən faktlara istinad edib istənilən vətəndaşı dələduzluqda ittiham eləmək ciddi qanun pozuntusudur”.

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...