Müğənninin keçmiş arvadı intihara cəhd etdi - FOTOLAR

Müğənninin keçmiş arvadı intihara cəhd etdi - FOTOLAR
Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun keçmiş xanımı bu günlərdə 3 dəfə intihara cəhd edib. 
 
Müğənni-psixoloqun iki övladının anası Aygün Əmiraslanova sonuncu intihara cəhd zamanı qayçı ilə ayağına xəsarət yetirib, nəticədə hazırda yerimək qabiliyyətini itirib. 
 
Bu barədə A.Əmiraslanovanın özü musavat.com-a məlumat verib. Onun sözlərinə görə, bir ildən çoxdur ki, N.Bəyləroğlu müxtəlif bəhanələr ilə uşaqlarına aliment ödəməkdən yayınır. Bu səbəbdən övladları ilə birgə çətin durumda yaşayır. 
 
O isə belə vəziyyətin ağırılığına dözməyərək həyatına qəsd etməyə çalışıb: "Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qərarına əsasən Nurlan mənim xeyrimə hər ay 416 manat aliment pulu ödəməlidir. Lakin həmin qərar icra olunmamiş qalır. Bu günə kimi onun mənə sentyabr ayı da daxil olmaqla, 3406 manat aliment borcu olmasına baxmayaraq, Suraxani icra şöbəsi və Ədliyyə Nazirliyi alimentin icra olunmasi ilə bağlı heç bir qanuni tədbir görmür. 
 
Maddi çətinliklərim var, uşaqlarımı dolandıra bilmirəm. Eşitmə qabiliyyətimi itirmişəm, 3-cü qrup əliləm. Sağlamlığımda yaranmış problemlər üzündən işsizəm. Bütün bunlara dözə bilməyib bir neçə dəfə intihara cəhd etmişəm. Sonuncu dəfə isə əlimdəki qayçı ilə ayağıma xəsarət yetirmişəm. Diz qapağına dəyən xəsarət nəticəsində hazırda yerimək qabiliyyətimi itirmişəm. Təcili yardım məni Sabunçu xəstəxanasına aparsa da orada icra şöbəsinin səhlənkarlığı ucbatından intihar etdiyimi eşidən kimi mənə biganə yanaşdılar, xəstəxanaya qoymadılar. Övladlarımla çox ağır durumda yaşayırıq. Aidiyyatı orqanlardan xahiş edirəm, övladlarımın aliment məsələsində mənə köməklik etsinlər”.
 
Xatırladaq ki, Nurlan Bəyləroğlu Kərimov Aygün Əmiraslanova ilə 2005-ci ildə ailə həyatı qurub. Bu izdivacdan onların iki oğlan övladı var. A.Əmiraslanova bundan əvvəl də "Yeni Müsavat”a müraciət edərək N.Bəyləroğlunun alimentdən yayındığını, övladları ilə maraqlanmadığını bildirmişdi. 
 
Qarşı tərəfin vəkili Elçin Məmmədoğlu isə qəzetimizə açıqlama verərək uşaqların atasının Nurlan Bəyləroğlu olmadığını iddia etmişdi. Vəkil əsassız ittihamlara görə Aygün Əmiraslanova barəsində şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiklərini bildirmişdi. 
 
Yazıda adı hallanan şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.
 
 



 

 

 



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...