Rövşən Lənkəranskinin qatili tutuldu? - FOTO

Rövşən Lənkəranskinin qatili tutuldu? - FOTO

"Rövşən Lənkəranski" kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin İstanbulda qətlə yetirilməsindən az sonra "Hacı Beyləqanski" kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Sfera.az haqqın.az-a istinadən bildirir ki, H.Talıbxanlı İstanbuldakı Barbaros bulvarının yaxınlığındakı binalardan birində R.Lənkəranskinin dəstəsinin üzvləri ilə görüşündə iştirak edib. Bu görüş başa çatandan az sonra R.Lənkəranskinin olduğu Range Rover avtomobili üç naməlum şəxs tərəfindən avtomatlardan atəşə tutulub.

"Qoca Bakinski" qətlə yetiriləndən sonra bir dəstə "qanuni oğru" Azərbaycanın ən nüfuzlu "lotu"larından birinin ölümünün qisasını almağa and içibmiş. Onlar R.Lənkəranskini qətlə yetirməyə girəvə axtarırmışlar. Bu səbəbdən R.Lənkəranskinin məhz "Qoca Bakinski"nin qətlə yetirildiyi gün, avqustun 18-də güllələnməsinin təsadüf olmadığı iddia olunur. Bu sui-qəsdin qisas olduğu vurğulanır.

Hacı Talıbxanlı digər "qanuni oğru, "Qoca Bakinski" kimi tanınan Əlibala Əlisəftər oğlu Həmidovun qətlində də suçlanır.

Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı və yalnız R.Lənkəranskinin xüsusii tapşırıqları olanda Dubayı tərk edirdi.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...