Azərbaycanda vəzifəli şəxslər barəsində CİNAYƏT İŞİ AÇILDI

Azərbaycanda vəzifəli şəxslər barəsində CİNAYƏT İŞİ AÇILDI
İqtisadiyyat Nazirliyi tərəfindən əhalinin sağlamlığı və istehlakçı hüquqlarının qorunması, istehlak mallarına olan tələbatın yüksək keyfiyyətli məhsullarla təmin olunması və süni qiymət artımının qarşısının alınması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı ölkəyə keyfiyyətsiz toyuq əti məhsulları idxal edən şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilməklə qeyd olunan məhsullar satışdan kənarlaşdırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

 

Araşdırmalar zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan "OMEQA” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq olan Ukrayna istehsalı olan "Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...