15 yaşlı qızın intihar səbəbi: Ana, bağışla məni...

15 yaşlı qızın intihar səbəbi: Ana, bağışla məni...
Aydanın ən böyük arzusu ürəyində qaldı
Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində 15 yaşlı orta məktəb şagirdi Aydan Əsgərzadə özünü dənizə ataraq intihar edib.

Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 8-ci sinif şagirdi olan A. Əsgərzadənin intihara əl atmasının səbəbi hər kəsdə sual doğurur.

Məktəbin direktoru Mətanət Abdullayeva azvision.az-a açıqlamasında A. Əsgərzadənin intihar etməzdən öncə ailəsinə məktub yazdığını bildirib.

Direktorun sözlərinə görə, A. Əsgərzadənin intihar etməsinə səbəb ailəsinin maddi durumunun aşağı olmasıdır:

“Aydan çox həssas qız idi. Müəllimləri ondan razı idilər, dərslərə hə zaman hazırlıqlı gəlirdi. Heç kimin ondan narazılığı yox idi. Aydan intihar etməmişdən öncə anasına məktub yazıb. Məktubda qeyd edib ki, “ana məni bağışlayın, sizə yük ola bilməzdim”. Aydan yoxsul ailədə böyüyüb. Onun əkiz bacısı da var. İki bacı bir sinifdə oxuyurdu.

Bildiyimə görə, Aydan həkimə getməli imiş, amma pulları olmadığı üçün ailəsi onu xəstəxanaya apara bilməyib. Anası Aydana deyib ki, pulumuz yoxdur, səni həkimə apara bilməyəcəyik. Bundan sonra qız təsirlənib və canına qıyıb”.

Direktorun sözlərinə görə, Aydanın ən böyük arzusu tələbə olmaq idi: “Universitetə daxil olmaq onun ən böyük arzusu idi. Aydanı hansısa bir məsələ narahat edən kimi şəxsən mənim özümə və müavinlərimə yaxınlaşıb deyirdi. Heç vaxt gözləməzdim ki, Aydan intihar edər. Onun ölümünə inana bilmirik”.

Qeyd edək ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.(bizimyol)

OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...