"Kreml açıq şəkildə demək istəmədiyini məhz belələrinə, boşboğaz və təlxək imici ilə tanıtdırdığı şəxslərə dedizdirir"

Vladimir Jirinovskini (uşaqlıqda Eydelşteyn) Rusiyanın özündə və ondan kənarda boşboğaz, Kremlin təlxəyi, ən yumşaq halda isə, qeyri-ciddi siyasətçi adlandıranlar kifayət qədərdir. Lakin onun keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, boşboğaz, təlxək yaxud qeyri-ciddi siyasətçi adlandırılan bu şəxs bütün çağırışlarda Rusiya Dövlət Dumasının üzvü olub.
 
Deyəsən, birini çıxmaq şərtilə, bütün seçkilərdə, nə az, nə çox, düz 6 dəfə Rusiya prezidentliyinə namizədliyi qeydə alınıb. Prezident yanında Dövlət Şurasının ənənəvi üzvüdür. Jirinovskinin dövlət təltiflərinə diqqət yetirsək görərik ki, Rusiya Prezidenti Vladimir Putin öz adaşının hansısa xidmətlərini dəfələrlə ali dövlət mükafatlarına layiq görüb. Televiziya kanallarında onun da şahidi olmuşuq ki, Jirinovski çıxış edərkən Prezident Putin özü üçün qeydlər aparır, əksinə deyil, məhz belə, bu qaydada. Gəlin, Kreml texnoloqlarının düşünülmüş şəkildə ictimaiyyətə sırıdıqları təlxək və boşboğaz təqdimatına aldanmayaq.  Çünki, təlxək, boşboğaz,  qeyri-ciddi siyasətçi ali dövlət təltiflərinə və ilk çağırışdan indiyədək Duma üzvlüyünə layiq görülmür. Rusiya Prezidenti qeyri-ciddi hesab etdiyi siyasətçinin çıxışını yaddaş kimi özünə qeyd etməzdi və ictimai şəkildə deməzdi ki, Jirinovskinin hansısa təklfi ilə razıdır. Qapalı siyasi kuluarlarda etiraf olunan fikirlərdən biri də budur ki, Vladimir Jirinovski Kremlin qeyri-rəsmi sözçülərindən, əsas "artilleriyalarından” biridir. Kreml açıq şəkildə demək istəmədiyini məhz belələrinə, boşboğaz və təlxək imici ilə tanıtdırdığı şəxslərə dedizdirir. Zahirən həm özü kənarda qalır, həm də istənilən an deyə bilir ki, boşboğazın şəxsi fikridir. 
 
Vladimir Jirinovskinin son həqarətinə gəldikdə, bu, birinci hal deyil. Bilinmir, polkovnikdir, ya generaldır, zabit kimi istefadadır ya yox, amma sinəsi orden və medallarla bəzədilən bu şəxs indiyədək dəfələrlə xalqımıza və dövlətimizin başçısına həqarət edib. Bundan əvvəl, ötən ilin oktyabrında Kremlin əsas təbliğatını həyata keçirən Rusiyanın dövlət telekanallarından birində də ("60 minut” proqramında) zaylamışdı.Həmin vaxt ictimai şəkildə, media vasitəsilə Jirinovskiyə etdiyim müraciət indi də qüvvədədir. 
 
Vladimir Jirinovski bu dəfə təkcə həddini aşmadı, həm də siyasətçinin gözləməli olduğu qırmızı xətti tapdaladı. Buna görə o,  Azərbaycan xalqından və dövlətimizin başçısından ya könüllü üzr istəmələdir, ya da sahibləri onu buna məcbur etməlidirlər. Əks təqdirdə, etiraf etmiş olacaqlar ki, əsas siyasi səhnələrində həqiqi təlxəklə bir yerdə olmaqdan hansısa səbəbdən zövq alırlar. Ya da bunu etiraf edəcəklər ki, hətta təlxək və boşboğaz birisini də  özlərinin ən yüksək dövlət təltiflərinə uyğun görə bilirlər... 
 
Ülvi Quliyev
Milli Məclisin deputatı
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. Sfera.az bu barədə nazirliyin tvitter hesabına i...

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə payıaşım edib. Sfera.az xəbər verir ki, paylaşımda deyil...

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazı müzakirə etdi

Sentyabrın 17-də Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə ABŞ dövlət katibinin köməkçisi Vendy Şerman və siyasi məsələlər üzrə müşavir ...

Ermənistanın BMT-yə şikayətinə Azərbaycan necə reaksiya verəcək?

"Ermənistan Azərbaycan tərəfindən ermənilərin kütləvi olaraq irqi ayrı-seçkiliyə məruz qoyulması iddiasındadır”.   Sfera.az bildirir ki, bunu tanınmış hü...

Rusiyanın hərbi gəmilərini Bakıya gətirən SƏBƏB - İran susur, Türkiyə isə...

"Türkiyə və Azərbaycanın Xəzərdə hərbi təlimlər keçməsindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya gəlməsini xoşniyyətili və yaxud təsadüfi məsələ kimi qi...

Əfqanıstanda qadın hüquqları məhdudlaşır - Yeni nazirlik yaradıldı

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı qadınlarla bağlı yeni qərar qəbul edib. Bu barədə Sfera.az "Haber Global"a istinadən xəbər verir. ...