Kral əyləncəyə 23 milyard dollar ayırdı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə tutur. Kral Salman bin Əbdüləziz Al Səud bu sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüslərini dəstəkləyib.

Layihələrin arasında ən böyüyü 7,5 milyon ağacın əkiləcəyi və geniş abadlıq işlərinin aparılacağı "Yaşıl Ər-Riyad” proqramıdır. Bu tədbirlər paytaxtın yaşıl sahəsini 1,5 faiz artırmağa və 2030-cu ilədək 541 kvadrat kilometrə çatdırmağa imkan verəcək.

Digər mühüm layihə isə şəhərin mərkəzində böyük "Sports Boulevard” sağlamlıq-istirahət mərkəzidir. Burada 135 kilometr uzunluğunda velotrek, müxtəlif idman növləri üzrə obyektlər tikiləcək. Mərkəz paytaxt əhalisinin bütün təbəqələri üçün nəzərdə tutulub.

Daha bir layihə "Riyadh Art” incəsənət mərkəzidir. Burada dünyanın ən böyük "divarsız açıq hava qalereyası”, konsert salonları tikiləcək.

Bütün obyektlərin tikinti işləri cari ilin ikinci yarısında başlayacaq.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...