Körpələrə də COVİD-19 peyvəndi vurulacaq – Müraciət edildi

Körpələrə də COVİD-19 peyvəndi vurulacaq – Müraciət edildi
6 aylıq körpələrə, eləcə də 5 yaşına qədər olan uşaqlara da peyvənd vurula bilər.

Sfera.az bildirir ki, bununla bağlı "Pfizer” və "Biontech” şirkətləri ABŞ Qida və Dərman Agentliyinə müraciət edəcək.
 
Müraciətin oktyabr ayında baş tutacağı gözlənilir. Digər tərəfdən vaksin yaşının 6 aylıq uşaqlara qədər endirilməsinin ictimaiyyətdə narazılıq yarada biləcəyi qeyd edilib.

Bundan öncə, "Pfizer”  şirkəti 5-11 yaşlı uşaqlara peyvənd edilməsi istiqamətində oxşar addımı atmışdı.

Xatırladaq ki, Pfizer/Biontech ABŞ Qida və Dərman Agentliyi tərəfindən təsdiq edilən ilk koronavirus əlyehinə peyvənd olub. Avropa Dərman Preparatları Agentliyi isə, 12 yaşından böyüklər üçün sözügedən vaksini təsdiqləyib.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR