Koronavirusun yeni ştamı nefti ucuzlaşdıramağa davam edir – Nələr baş verəcək?

Koronavirusun yeni ştamı nefti ucuzlaşdıramağa davam edir – Nələr baş verəcək?
Dünən beynəlxalq birjalarda neft qiymətlərinin kəskin enməsi "OPEC+” ölkələrinin hasilatın artırılması qərarını təxirə sala bilər. 

Sfera.az xəbər verir ki, belə bir ehtimalı "Bloomberg” öz mənbəyinə istinadən irəli sürüb. 

Noyabrın 26-da birjalarda WTI markalı neftin qiyməti 12,8% (10 dollar) azalaraq 68,3 dollara, "Brent” markalı neftin qiyməti 11,3% azalaraq 72,9 dollara geriləyib. Bir gündə neft qiymətlərinin 10-13 faiz dəyər itirməsi "OPEC+” ölkələrini narahat edib. 

"OPEC+” narahatdır ki, COVID-19 virusunun yeni və daha təhlükəli ştamının yayılması məhdudiyyətlərə səbəb olacaq. Məhdudiyyətlərin olması dünyada neftə tələbi kəskin azaldacaq və bazarda əlavə neft həcmləri yaradacaq. Bu halda neft qiymətlərinin yenidən minimum həddə düşməsi ehtimalı güclüdür. Ehtimal edilən risklərdən yayınmaq üçün "OPEC+” neft hasilatını artırmaq qərarını təxirə sala bilər. 

Xatırladaq ki, ilin əvvəlində əldə olunan razılaşmaya əsasən "OPEC+” ölkələri hər ay gündəlik neft hasilatını 400 min barel artırmalıdır. Yeni ştamın yayılması ilə əlaqədar tələbin azalması nəzərə alınarsa, gündəlik hasilatın artırılmasına ehtiyac qalmayacaq. Buna görə də "OPEC+” ölkələrinin dekabrın 1-2 tarixlərində keçiriləcək növbəti görüşündə hasilatın təxirə salınmasına dair qərarın çıxarılması ehtimalı var. Əgər bu yöndə ümumi razılaşma olarsa, 2022-ci ilin yanvarında neft hasilatının artırılmasından imtina ediləcək. Bu qərarın qəbul edilməsi neftin daha çox ucuzlaşmasının qarşısını alacaq. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...