Koronavirusun tüğyan etdiyi Yevlaxın “Qaraçılar məhəlləsi”ndə SON DURUM – AÇIQLAMA

Koronavirusun tüğyan etdiyi Yevlaxın “Qaraçılar məhəlləsi”ndə SON DURUM – AÇIQLAMA

Yevlax rayonunun "Qaraçılar məhəlləsi” adlanan ərazisində 53 nəfərin koronavirusa yoluxması və bu səbəbdən adıçəkilən məhəlləyə giriş-çıxışın bağlanması böyük rezonans doğurub. Yerli medianın yazdığına görə, görülən təhlükəsizlik tədbirləri yerli qaraçıların etirazına səbəb olub, onların polis əməkdaşları ilə qarşıdurmaya getmələri haqda da məlumatlar dolaşır.


Mövzunun aktuallığını nəzərə alaraq Sfera.az Yevlax rayonunun "Qaraçılar məhəlləsi”ndəki son durumu öyrənməyə çalışıb. Əməkdaşımızın sorğusuna cavab olaraq Yevlax RİH-dən bildirilib ki, onlarda son durumla bağlı təfərrüatlı məlumat yoxdur.


Yevlax Rayon İcra Hakimiyyətinin adını açıqlamadığı əməkdaşı bunları deyib: "Qaraçılar məhəlləsi” deyilən ərazidə yoluxma halının indiki vəziyyəti barədə informasiyaları ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahdan alırıq. Rayon İcra Hakimiyyətində isə bununla bağlı rəsmi məlumat yoxdur ki, sizləri də məlumatlandıraq. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyiniz daha yaxşıdır. Yevlax İcra Hakimiyyəti isə bu ərazidə heç bir nəzarət həyata keçirmir”.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaynar xətlərinə zəng etsək də xəttin o biri tərəfindən cavab verən tapılmadı.


DİN-lə əlaqə saxlasaq da təəssüf ki, bu qurumdan da zənglərə cavab verən olmadı.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...