Koronavirusun bu mutasiyası digər növlərdən daha təhlükəlidir - XƏBƏRDARLIQ

Koronavirusun bu mutasiyası digər növlərdən daha təhlükəlidir - XƏBƏRDARLIQ
İngiltərədə  elm adamları koronavirusun immun sistemindən yayınmaqda müvəffəqiyyətli olan "Delta” variantının ictimaiyyətə təsir etmək üçün daha uyğun mutasiyalar əldə edə biləcəyindən ehtiyatlanaraq, yaxından izlənilməli olduğu ilə bağlı xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, mütəxəxsislərin sözlərinə görə, "Delta” variantında "E484K” mutasiyası var və bu mutasiya orqanizmin antikor reaksiyasından yan keçməsi ilə məşhurdur. Böyük Britaniyada aparılan sınaqlar da göstərdi ki, tərkibində "E484K” olan Delta variantı antikorların neytrallaşdırıcı təsirini azaldır.

"Delta Plus” kimi də bilinən "E484K” ilə "Delta”nın dominant olacağına dair hələ heç bir əlamət yoxdur, lakin elm adamları xüsusilə infeksiya nisbətlərinin artması ilə vəziyyətin daha yaxından izlənilməli olduğunu düşünürlər. "Delta Plus”da koronavirus infensiyasının yaşamasına imkan verən bəzi mutasiyalar var.
İngiltərədəki son rəsmi məlumatlara görə, bu yeni növ yoluxmaların 6 faizini təşkil edir. Lids Universitetinin virusoloqu Dr Stephen Griffin bildirib ki, variantın üstünlüyü onun toxunulmazlıqdan yayınmasıdır və "E484K” ilə işləyən əlavə mutasiyalar əldə edərsə, ciddi problemə çevrilə bilər.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR